GƏNCLƏŞƏN MUĞAMIMIZIN XAN ƏMİ ZİRVƏSİ

GƏNCLƏŞƏN MUĞAMIMIZIN XAN ƏMİ ZİRVƏSİ

29 Dekabr 2023 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ustad xanəndə, Əməkdar artist Təyyar Bayramov haqqında
ESSE

Arzu qanadlarında pərvazlandığın, istəklərinin yenicə çiçək açdığı bir vaxtda
atanı itirdin. Təkcə sən deyil, hamımız itirdik onu. Bu torpağa, bu elə, bu Vətənə,
doğma Qarabağımıza bağlı vətənpərvər atanı. Vətənpərvərliyi, alicənablığı ilə
sanki iz qoyub gedən atanı. Sən gərdişin belə olacağın, gözləmədiyin anda onun
belə dəyişəcəyinə inanmırdın. Vuran qolun, görən gözün atanı itirən gündən
qayğısız çağlarını qayğılı günlər, aylar, illər əvəzlədi. Bir yandan ata itkisi, bir
yandan qaçqınlıq həyatı, bir yandan torpaq, el, yurd nisgili, həsrəti... Bacılarına ata
əvəzi oldun, doğmalarına, qohumlarına kömək etdin. İmanlı, müqəddəs atanı
qorumaq, onu yaşatmaq, ruhdan düşməməsi üçün, onu həyata sıx tellərlə bağlamaq
üçün hansı çətinliklərdən keçdin. Gecələrini gündüzünə qatdın, yuxusuz gecələr
yaşayıb ailənin qayğılarını, ehtiyaclarını ödədin. Təki anam üzülməsin, həsrət,
dərd, itki onun qəddini əyməsin, bükməsin-deyib bacardığın işlərdə çalışıb ailəni
dolandırdın. Böyük bir ailənin yükünü yorulmadan daşıdın. Həyat səni sıxanda
atanın ruhuyla danışıb özünə güc, qüvvət istədin ondan. Yaradana üz tutub dözüm
istədin

. “Şahnaz”, “Segah”, “Rast”, “Rahab”, “Mənsuriyyə”, “Humayun”, “Şur”,
“Şüştər”, “Cahargah” oxudun işləyə-işləyə. Bənzərsiz, yanıqlı səsinin ətrafa
yayılmasından belə xəbərsiz idin. Sanki atana lay-lay çalırdın avazınla. Səsini
eşidənlərin ürəyi paramparça olurdu. Niyə bu oğlan belə yanıqlı oxusun? Niyə bu
qədər yanğı, nisgil var bu səsdə?-deyib cavab axtarmağa çalışırdılar. “Qarabağ
şikəstəsi”ni elə oxuyurdun ki, səsin Xan əminin, Üzeyir bəyin, Bülbülün, Xan qızı
Natəvanın narahat qalan ruhlarına sərinlik səpirdi. Elə oxuyurdun ki, elə
zəngulələr, gəzişmələr edirdin ki, səsin daşları, divarları dəlirdi. Sanki dərdli
insanların ürəyini oxuyurdun, torpaqlarından didərgin düşənləri xəyalən öz
ocaqlarına, evlərinə, yurd yerlərinə aparırdın. Təskinliyini muğamlarda tapa-tapa
işıqlı sabaha inanırdın. Elə də oldu, o gün gəldi...
Bir gündə tanındın, səsin həmin gecə hamını heyrətləndirdi. Elə həmin gündən
həyatına yeni səhifə yazıldı. Səni Azərbaycanımıza, muğam dünyamıza I-ci
Televiziya Muğam Müsabiqəsi tanıtdı. “Şahnaz”ınla müsabiqənin qalibi oldun.
Peşəkar münsiflər heyətinin yüksək rəyləri, ifalarına verdikləri düzgün qiymət,
səhnə mədəniyyətin, ağayanalığın, ağır təbiətə malik insani keyfiyyətlərin və kamil
sənət, ifaçılıq sənətin səni tamaşaçıya bütövlükdə təqdim etdi. Sənət müəllimin,
xalq artisti Mənsum İbrahimovun etimadını doğrultdun, üzünü ağ etdin və
Mənsum muğam məktəbinin şah əsərinə çevrildin. Gəncləşən muğamımızın Xan
Əmi zirvəsinə ucaldın.

Müsabiqə iştirakçıları arasında ilk fəxri Əməkdar artist sən oldun. Cənab Prezidentimizin fərmanıyla bu ada layiq görüldün. Digər bifərmanla “Tərəqqi” medalı ilə təltif olundun. Eyni zamanda Prezident mükafatçısıoldun. Prezident İlham Əliyevin, muğamlarımızın xilaskarı Mehriban Əliyevanın səhnəarxası görüşlərdə sənətinə söylədikləri xoş sözlər, verdikləri qiymət sənin simanda gənclərə, gəncləşən muğamımıza verdikləri qiymətin təzahürü idi.
Beynəlxalq Muğam Müsabiqəsinin də qalibi oldun. “Şahnaz”ınla dünya
səhnələrini gəzdin, əcnəbilər ifalarını susmaq bilməyən alqışlarla qarşıladılar.
Ucaldıqca muğamımıza töhfələr verdin. Əsl sənətə xidmət etdin və sənətkarlıqla
hər əsərini tamaşaçıya ərməğan etdin. Qəhrəman atana qəhrəman oğul oldun.
Muğamımızın cəfakeş oğlu. Onu yaşadan, qoruyan, təbliğ və tədris edən oğul!
Zəhmətkeş, qayğıkeş, məsuliyyətli oğul. Muğam üçün doğulan oğul!
Gözəl şeirlər də yazaraq heç peşəkar şairlərdən geri qalmırsan. Çünki Azərbaycan
ədəbi dilini mükəmməl bilirsən. İlhamın heç zaman sönməsin, daim çağlasın.
Sənin qələminin gücü çoxlarını susdurur. Müsabiqədən sonra Opera və Balet
Teatrında işə başladın, bənzərsiz obrazlar yaratdın. Solist kimi sənətinlə, ecazkar
səsinlə, mükəmməlliyinlə sözünü dedin. Xalq artisti, professor Siyavuş Kəriminin
rəhbəri olduğu muğam ocağımız Milli Konservatoriyada pedaqoji fəaliyyətlə
məşğul olaraq dosent adına qədər yüksəldin. Pedaqoq kimi də özünü təsdiqlədin,
ünlü pedaqoqlardan biri oldun. Nəticə göz qabağındadır. Onlarla tələbələrin
Televiziya Muğam Müsabiqələrinin qalibləri oldular. Hətta bir neçəsi eyni
müsabiqədə qalibiyyəti əldən verməyərək hər birisi qalib oldu.

Bu həm sənin, həm də sənət müəllimin Mənsum İbrahimovun uğuru, zəfəridir. Xalq artisti, professor Arif Babayevin tövsiyələrinin nəticəsidir. Artıq tələbələrin səninlə bərabər Opera
səhnəmizin solistləridirlər. Bu bir pedaqoqun, xanəndənin özünü, kimliyini,
sənətinin gücünü təsdiq edən sənətin, sənətkarlığının nəticədir. Tələbatlı
xanəndələrdən birinə çevrilərək atanın ruhunu şad elədin. Uğurlarını görə bilməsə
də ruhunu şöhrətinlə, ziyalılığınla sevindirdin və hər an da ruhunun sənə yardımçı
olduğunu özün də hiss edirsən.


Tanrının sənə bəxş etdiyi varlıq olan oğlun Kənan Bayramlı. Səsi Tanrı dərgahına
ucalan səs sahibi, Şuşamızda “Bayatı şirazi”ylə səsiylə, avazıyla dünyaya səs
salan, hər kəsi ifasıyla, zəngulərəri ilə heyrətləndirib göz yaşlarına qərq etdirən,
İlahi səs sahibi, işğaldan sonra Şuşada havalanan səs Kənanın səsi oldu. Səsi dünya
mətbuatının bəzəyi olan muğam ifaçısının oğlu ata ucalığını fəth etdi, məktəbli
yaşında. Allah qorusun Kənanımızı, Kənanını, müqəddəs ananın havası, suyu,
nəfəsi, yaşam eşqi olan Kənanını.
Pandemiya dövründə ehtiyacı olanlara etdiyin köməklikdən, II-ci Vətən
müharibəsində canını qurban verən hər bir şəhidi ziyarət etməyindən, onların ailə
üzvlərinə baş çəkməyindən deməsək düzgün olmaz. Bu haqda heç bir çəkiliş
etmədin, paylaşmadın. “Bu mənim vətəndaşlıq borcumdur”-deyib xeyirxahlıq
əməllərini davam etdirdin. O böyük ürəyin üçün var ol! Sadə, zəhmətkeş insanların yanındasan, savadlıları qoruyub haqqın sözünü haqq səsinlə sözün zamanında deməklə onlara yardımçı olursan, yollar açırsan.
...Çox şeylər yaza bilərdik. İllərin ayrıcında bunları yazdıq. 2023-cü ili Təyyar
Bayramov sənətinə işıq tutmaqla başa vurduq. O Təyyar Bayramovla ki, gəncləşən
muğamımızın Xan ucalığıdır.
Yeni ilin mübarək, ustad!
Qələmə aldılar: Alim Nəbioğlu,
İsa Rəvan