Putin meydan oxuyur - III Dünya müharibəsi QORXUSU

Putin meydan oxuyur - III Dünya müharibəsi QORXUSU

18 Oktyabr 2021 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə raketlərinin Amerikadan beşqat daha sürətli olduğunu söylədi və dərhal yeni super texnologiyaların heç kim üçün birbaşa təhlükə yaratmadığını bildirdi.

Oxuməni.az xəbər verir ki, bu barədə “Deyli Star” nəşri məlumat yayıb.

Məqalədə bildirilib ki, Rusiya lideri ölkəsində "həyəcan vəziyyətində" olan və hər an Amerika şəhərlərini məhv edə biləcək hipersəsli nüvə raketlərinə sahib olduğunu deyib: "Bu, yalnız hipersəs deyil, qitələrarası bir raketdir. Bu, dediyinizdən daha ciddi silahdır. Və artıq Rusiyada hazır vəziyyətdədir. Sistemlərimiz 20 MAX-dan (1 Max = 1226,5 km/saat (340 metr/saniyə) çox sürətlə uçur. Burada qeyri-adi bir şey yoxdur, dünyanın yüksək texnologiyalı orduları belə sistemlərə sahibdir və yaxın gələcəkdə də sahib olacaq".

Qeyd edək ki, ötən həftə yayımlanan Rusiya hipersəsli silah sınaqlarının həyəcanverici görüntüləri Üçüncü Dünya müharibəsi ilə bağlı qorxuları artırıb. Videoda ölümcül "Zirkon" raketi "Severodvinsk" nüvə sualtı qayığından atılır və saatda 10.700 kilometr sürətlə göyə uçur. Daha sonra Rusiya hərbi idarəsinin nümayəndələri raketin Ağ dənizdən atıldığını və Barents dənizində hədəfinə çatdığını bildiriblər.