ABŞ Ukraynaya silah almaq üçün 500 milyard dollarlıq Lend-Liz  proqramı hazırlaya bilər

ABŞ Ukraynaya silah almaq üçün 500 milyard dollarlıq Lend-Liz proqramı hazırlaya bilər

26 İyul 19:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Kiyevə silah tədarükünü artırmaq üçün Ukrayna üçün 500 milyard dollarlıq Lend-Liz proqramı hazırlaya bilər. Bu fikri ABŞ-ın keçmiş dövlət katibi və MKİ-nin keçmiş direktoru Mayk Pompeo “The Wall Street Journal”da (WSJ) bildirib.

Pompeonun sözlərinə görə, belə bir proqram Kiyevə “Amerika silahlarını almaq üçün lazım olan qədər borc almağa” imkan verəcək. Trampın Ukrayna ilə bağlı sülh planı həm də “Ukraynanın əldə edə biləcəyi silah növlərinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa” kömək edəcək. Bu da öz növbəsində “Amerikanın müdafiə sənayesinin güclənməsinə” gətirib çıxaracaq.

Bu və digər mümkün addımlar “Trampa müqavilənin şərtlərini müəyyən etməyə imkan verəcək və müharibə dərhal başa çatacaq”, - nəşr yazır.

Oxuməni.az