Anbarda baş verən yanğına rus kəşfiyyatçılarının təyyarəyə yerləşdirdiyi yandırıcı qurğu səbəb ola bilər

Anbarda baş verən yanğına rus kəşfiyyatçılarının təyyarəyə yerləşdirdiyi yandırıcı qurğu səbəb ola bilər

17 Oktyabr 07:50
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 22-də Böyük Britaniyanın Meanworth qəsəbəsindəki DHL anbarında baş verən yanğına rus kəşfiyyatçılarının təyyarəyə yerləşdirdiyi yandırıcı qurğu səbəb ola bilər. Bu ehtimal antiterror polisi tərəfindən araşdırılır.

Bu barədə The Guardian xəbər verir.

Britaniya nəşri yazır ki, təhlükəli bağlamanın DHL anbarına hava yolu ilə gəldiyi güman edilir. Lakin gəlişin yük, yoxsa sərnişin təyyarəsi olduğu, eləcə də hara nəzərdə tutulduğu məlum deyil.

Qeyd olunur ki, təyyarədə uçuş zamanı yandırıcı qurğu olan bağlama alışıbsa, bu, ciddi fəsadlara səbəb ola bilər.

Guardian xatırladır ki, oxşar hadisə iyulun sonlarında Almaniyada baş verib, Leypsiqdəki digər DHL müəssisəsində uçuşa gedən şübhəli paket alovlanıb. Beləliklə, müstəntiqlər bu işlər arasında əlaqə axtarırlar.

Alman səlahiyyətliləri bu həftə xəbərdarlıq etdi ki, bağlama havada alov alsaydı, bu, təyyarənin qəzaya uğramasına səbəb ola bilərdi.

Oxuməni.az