İsrail HƏMAS-ın yeni liderinin son anlarının videosunu yayıb-Video

İsrail HƏMAS-ın yeni liderinin son anlarının videosunu yayıb-Video

07:45
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Müdafiə Qüvvələri HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyib. ID-nin məlumatına görə, əməliyyat Rəfah şəhərində keçirilib.

İsrail silahlı qüvvələri qeyd edib ki, İDF və Şin Bet təhlükəsizlik xidməti kəşfiyyat məlumatlarını toplamaq və Sinvarı aradan qaldırmaq üçün bir neçə ay çalışıb.

Baş qərargah rəisi Harzi Halevi, "İsrail, İsrail dövlətinin vətəndaşlarını təhdid edən hər kəsi təqib etməyə və məhv etməyə davam edəcək" deybi.

Xarici işlər naziri İsrael Katz HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyib. İsrail 7 oktyabr hücumuna görə məsuliyyət daşıdığını vurğulayıb.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, şər “ağır zərbə alıb”. Bununla belə, Netanyahunun sözlərinə görə, İsrailin qarşısında duran vəzifə “hələ tamamlanmayıb”.

Oxuməni.az