Harris yeni sorğuda Trampdan daha çox səs toplayıb

Harris yeni sorğuda Trampdan daha çox səs toplayıb

16 Oktyabr 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris milli səsvermədə Respublikaçılar Partiyasının namizədi Donald Trampı 3% qabaqlayır.

Bu barədə The Hill xəbər verir.

Reuters/Ipsos agentliyinin çərşənbə axşamı, oktyabrın 15-də açıqladığı sorğuya əsasən, Harrisi seçicilərin 45%-i, Trampı isə 42%-i dəstəkləyir.

Sentyabr ayında keçirilmiş əvvəlki sorğular Harrisin Trampı 3 faiz bəndi qabaqladığını göstərmişdi: Harrisə 46% dəstək, Trampa 43% faisə səs verilmişdi.

Reuters/Ipsos-un son sorğusu göstərir ki, hər iki namizəd də xalqın 50 faizindən çox səsini ala bilməyib: sorğuda iştirak edənlərin 46 faizi Harris, 42 faizi isə Tramp haqqında müsbət fikirdədir.

Keçmiş ABŞ prezidenti iqtisadiyyat, işsizlik və iş yerləri ilə bağlı məsələlərdə Harrisdən bir qədər üstündür. Sorğuda iştirak edənlərin 45%-i Trampın bu məsələləri həll etmək üçün daha yaxşı təchiz olunduğunu, 40%-i isə Harrisin tərəfində olduğunu bildirib.

Oxuməni.az