Çexiya üç illik fasilədən sonra Rusiyaya yeni səfir təyin edib

Çexiya üç illik fasilədən sonra Rusiyaya yeni səfir təyin edib

16 Oktyabr 08:24
Bəyəndim (0) Bəyənmədim (0)


Çexiya Moskvaya yeni səfir təyin edib. Bu vəzifəyə Daniel Koştoval təyin edilib.

Bu barədə Çexiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yeni səfir gələn ilin ilk aylarında fəaliyyətə başlayacaq.

"Çexiyanın strateji müttəfiqləri olan əsas ölkələrin - Böyük Britaniya, Fransa, Almaniya, Polşa və ABŞ-ın Rusiyada səfirləri var. Mən səfirə Çexiyanın maraqlarını təşviq etmək kimi bu çətin missiyada böyük güc arzulayıram", - Çex Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Daniel Kostoval 1996-cı ildə Çexiya Xarici İşlər Nazirliyində işə başlayıb, Təhlükəsizlik Siyasəti, Şimali və Şərqi Avropa departamentlərinin direktoru, eləcə də qeyri-Avropa ölkələri üzrə baş direktor vəzifələrində çalışıb. 1998-2002-ci illərdə Çexiyanın NATO yanında Daimi Nümayəndəliyində, 2003-2006-cı illərdə isə Çexiyanın Moskvadakı səfirliyində işləyib. 2009-2011-ci illərdə Çexiyanın Vaşinqtondakı səfirliyində işləyib.

2013-cü ildə Koştoval müdafiə nazirinin birinci müavini təyin edildi, 2018-ci ilə qədər o, strategiya, xarici əlaqələr və planlaşdırma, daha sonra isə silah və satınalma üzrə məsul idi.

Oxuməni.az