Gürcüstan seçkilərdən əvvəl saxta videoların yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edib

Gürcüstan seçkilərdən əvvəl saxta videoların yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edib

16 Oktyabr 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda bir qrup şəxs oktyabrın 26-na təyin edilmiş parlament seçkiləri öncəsi vəziyyəti gərginləşdirmək üçün dövlət məmurlarının saxta audio və video yazılarını dərc etməyi planlaşdırır. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

“Siyasi dairələrə yaxın qruplar parlament seçkilərinə bir neçə gün qalmış süni intellekt və digər müasir texnologiyalardan istifadə etməklə montaj edilmiş və saxtalaşdırılmış video və audio materialları yaymağı planlaşdırır”, - deyə məlumatda bildirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, bu, hakimiyyət qolları, eləcə də hakimiyyət orqanları ilə Gürcü Pravoslav Kilsəsi arasında qarşıdurma yaratmaq və Qərblə münasibətləri pisləşdirmək üçün ediləcək.

Saxtalaşdırılmış məlumatlar dövlət təhlükəsizlik xidmətindən sızan material kimi təqdim olunacaq. Onu yaradanlar ümid edirlər ki, bu yolla onlar etiraz ruhunu yüksəldə və ölkədə sabitliyin pozulması şərait yarada biləcəklər. “Biz bu qrupların fəaliyyətini diqqətlə izləyirik və hər hansı qanun pozuntusu baş verərsə, müvafiq hüquqi tədbirlər görüləcək”, - deyə Dövlət Təhlükəsizliyi Xidməti yekunlaşdırıb.

Oxuməni.az