Delfinlərin nəfəsində ilk dəfə mikroplastik aşkar edilib

Delfinlərin nəfəsində ilk dəfə mikroplastik aşkar edilib

17 Oktyabr 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da aparılan araşdırmada ilk dəfə delfinlərin nəfəsində sağlamlıq üçün ciddi risklər yaradan mikroplastik aşkar edilib.
Araşdırmanın bir hissəsi olaraq elm adamları Floridadakı Sarasota körfəzində və Luiziana kəndindəki delfinlərdən nəfəs nümunələri toplayıblar.
Tədqiqatda nümunə götürülmüş 11 delfinin hamısının nəfəsində mikroplastik aşkar edilib.
Bildirilib ki, delfinlərin nəfəs nümunələrində tapılan mikroplastiklərin əksəriyyəti xüsusilə isti su ilə yuyulduqda hissəciklər buraxan və geyim istehsalında istifadə edilən polyesterdir.
Delfinlərin insanlardan daha yüksək dozada mikroplastiklərə məruz qala biləcəyi düşünülür, çünki onların ağciyər tutumu daha böyükdür və daha dərindən nəfəs alır.
Tədqiqatlar göstərir ki, mikroplastik hətta urbanizasiya və inkişafdan asılı olmayaraq Everest dağı kimi yerlərdə də mövcuddur. Bu hissəciklər külək tərəfindən daşınaraq ətraf mühitə və həyata ciddi ziyan vurur…

Oxuməni.az