Yaponiyanın yeni baş naziri Kim Çen Inla görüşməyə hazır olduğunu bildirib

Yaponiyanın yeni baş naziri Kim Çen Inla görüşməyə hazır olduğunu bildirib

17 Oktyabr 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın yeni baş naziri Şiqeru İşiba Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşlarının problemini həll etmək üçün Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazır olduğunu bildirib.

İşiba qaçırılanların ailələri ilə görüşdə deyib: "İki dövlətin liderlərinin böyük mənzərəni görmələri və bir-birlərinə öz mövqelərini açıq şəkildə bildirmələri çox vacibdir".

Bundan əvvəl parlamentdə ilk çıxışı zamanı İşiba sələflərindən fərqli olaraq Kim Çen Inla görüşməyə hazır olduğunu qeyd etməyib.

Şinzo Abe ilk dəfə olaraq 2018-ci ildə KXDR lideri ilə ilkin şərt olmadan görüşmək əzmində olduğunu bildirib və bundan sonra bu mövqe Yaponiya hökuməti üçün uyğun olub. O zaman hətta Yaponiyanın baş nazirinin KXDR-ə səfərinin mümkünlüyü müzakirə olunsa da, heç vaxt baş tutmayıb.

Şimali Koreyanın kəşfiyyat xidmətləri tərəfindən yaponların oğurlanması mövzusu rəsmi diplomatik əlaqələri olmayan iki dövlət arasında münasibətlərdə ən ağrılı mövzulardan biridir. 2002-ci ildə Pxenyan ilk dəfə olaraq 13 Yaponiya vətəndaşının oğurlandığını etiraf edib və onlardan 5-nin vətəninə qayıtmasına icazə verib. Qalanların öldüyü elan edilib, qalıqları isə yaxınlarına göndərilib, lakin qalıqların həqiqiliyini təsdiqləmək mümkün olmayıb. 2014-cü ilin mayında Yaponiya və Şimali Koreya hökumətləri yapon vətəndaşlarının oğurlanması ilə bağlı yeni təhqiqatın aparılması barədə razılığa gəliblər, lakin bununla bağlı komissiya Pxenyanın təşəbbüsü ilə sonradan ləğv edilib.

Əziz Mustafa