Tokayev “BRİKS”-dən imtina etdi

Tokayev “BRİKS”-dən imtina etdi

16 Oktyabr 15:52
Bəyəndim (11) Bəyənmədim (0)

Qazaxıstan Respublikası “yaxın gələcəkdə” “BRİKS” təşkilatına üzv olmaq üçün müraciət etmək niyyətində deyil. Bunu “Tengrinews”-a müsahibəsində prezidentin mətbuat katibi Berik Uali deyib.
Prezident administrasiyasının rəsmi nümayəndəsi bildirib ki, Tokayev “BRİKS”-ə qoşulmaq təklifi alıb. Bununla belə, “üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini”, habelə “bu assosiasiyanın inkişaf perspektivləri ilə bağlı digər məsələləri” nəzərə alaraq, Qazaxıstan hakimiyyəti ərizə verməkdən “çəkinəcək”,- mətbuat katibi bildirib.
Uali deyib ki, Qazaxıstan “BRİKS-in təkamülünün” müşahidəçisi olaraq qalır və “hər hansı supergüclərin hegemonluğundan azad” dünya nizamını müdafiə edir. Onun sözlərinə görə, prezident Tokayev BMT-ni beynəlxalq problemlərin müzakirəsi üçün “universal və alternativ olmayan təşkilat” hesab edir.
Mətbuat katibi əlavə edib ki, Tokayev oktyabrın 24-də “BRİKS” ölkələrinin nümayəndələrinin sammitində çıxış etmək üçün Kazana səfər etmək niyyətindədir.

Almaz Həsənli