Bayden Netanyahuya HƏMAS liderini devirdikdən sonra Qəzzada müharibəni dayandırmaq vaxtı gəldiyini söyləyib

Bayden Netanyahuya HƏMAS liderini devirdikdən sonra Qəzzada müharibəni dayandırmaq vaxtı gəldiyini söyləyib

08:52
Bəyəndim (0) Bəyənmədim (0)

Cümə axşamı, avqustun 17-də İsrail HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü rəsmən təsdiqləyib. Həmin gün ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Bu barədə “Axios” xəbər verir.

Bildirilir ki, Bayden Almaniyaya gedərkən Air Force One-dan Netanyahuya zəng edib və onu Qəzzanın cənubunda fəaliyyət göstərən İsrail əsgərləri tərəfindən Sinvarı öldürməsi münasibətilə təbrik edib.

Telefon danışığı zamanı ABŞ prezidenti İsrailin baş nazirinə bildirib ki, baş verənlərdən sonra Qəzzada müharibəyə son qoymaq vaxtıdır.

"Liderlər artıq girovların azad edilməsi üçün imkanın olduğu barədə razılığa gəliblər və bu məqsədə nail olmaq üçün birlikdə çalışacaqlarını vurğulayıblar", - İsrail baş nazirinin dəftərxanası bildirib.

Oxuməni.az