Öldürülən Sinvarın üzərindən  BMT əməkdaşının pasportu tapılıb

Öldürülən Sinvarın üzərindən BMT əməkdaşının pasportu tapılıb

09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar ölümündən əvvəl özü ilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əməkdaşının pasportunu aparıb. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, şəxsi əşyaları arasında Mentos konfetləri və 40 min şekel (təxminən 10,7 min dollar) olub.

İsrail ordusunun rəsmiləri oktyabrın 17-də bildiriblər ki, Sinvar oktyabrın 16-da Qəzza zolağının cənubunda İsrail hərbi əməliyyatları zamanı öldürülüb.

Oxuməni.az