İsrail ordusu Hizbullah bazalarında  "ən müasir" rus silahları tapıb

İsrail ordusu Hizbullah bazalarında "ən müasir" rus silahları tapıb

17 Oktyabr 08:10
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail hərbçiləri Livanın cənubundakı Hizbullah yaraqlılarının bazalarında axtarışlar zamanı Rusiya silahları aşkar ediblər. Tapılan silahlar “ən müasir silahlardır”.

İsrail hökumətinin başçısı media ilə söhbətində vurğuladı ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2006-cı il qətnaməsinə əsasən, ölkənin əsas Litani çayının cənubundakı ərazidə yalnız Livan ordusunun silah saxlamasına icazə verilir.

“Lakin bu ərazidə Hizbullah yüzlərlə tunel və gizlənmə yeri qazıb, biz indicə burada ən qabaqcıl Rusiya silahlarının böyük bir hissəsini tapdıq”, - Netanyahu bildirib.

O əlavə edib ki, Livanda növbəti vətəndaş müharibəsi “faciə olacaq”.

“Əlbəttə ki, bizim məqsədimiz təxribat törətmək deyil. İsrail Livanın daxili işlərinə qarışmaq niyyətində olmayıb”, - deyə İsrailin baş naziri “Le Figaro” qəzetinə müsahibəsində Livandakı İDF əməliyyatı barədə danışıb.

Netanyahunun sözlərinə görə, İsrail tərəfinin yeganə məqsədi “Livanla sərhəddə yaşayan vətəndaşlarımızın evlərinə qayıtmasına və özlərini təhlükəsiz hiss etmələrinə imkan verməkdir”.

Oxuməni.az