Rusiya Ukraynaya qarşı dezinformasiya üçün süni intellektdən istifadə edir

Rusiya Ukraynaya qarşı dezinformasiya üçün süni intellektdən istifadə edir

08:00
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya Ukraynaya qarşı dezinformasiya kampaniyalarını gücləndirmək üçün süni intellektdən (AI) istifadə edir. Bu, onun təbliğat mərkəzlərinin son prioritetidir.

Bu barədə Ukrayna xarici işlər nazirinin müavini Anton Demekhinin Reuters agentliyinə verdiyi açıqlamasında deyib.

"Bu il biz görürük ki, Rusiyadan kiberhücumlar davam edir, lakin dezinformasiyaya diqqət yetirilir. İndi generativ süni intellekt yaranıb, bu, dezinformasiyanı daha mürəkkəb səviyyədə çoxaltmağa və yaymağa imkan verir", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, bu yeni dezinformasiya kampaniyalarını aşkar etmək çətindir, çünki yalan məlumatlar sosial media platformalarında onların etibarlılığını artırmaq üçün aktiv şəkildə paylaşılır.

Avqust ayında Ukrayna rəsmiləri agentliyə bildirmişdilər ki, bir çox ukraynalı Rusiyanın FSB təhlükəsizlik xidməti və hərbi kəşfiyyatı tərəfindən onlayn dezinformasiyaya məruz qalır.

Oxuməni.az