İsrail Qəzzadakı vəziyyətlə bağlı ABŞ-la ultimatumunu müzakirə etmək istəyir

İsrail Qəzzadakı vəziyyətlə bağlı ABŞ-la ultimatumunu müzakirə etmək istəyir

16 Oktyabr 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail rəsmisi bildirib ki, İsrail ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinin Təl-Əvivi Qəzza zolağında humanitar vəziyyəti yaxşılaşdırmağa çağıran məktubunu öyrənir.

Bu barədə The Guardian xəbər verir.

"İsrail bu məsələyə ciddi yanaşır və amerikalı həmkarları ilə bu məktubda qeyd olunan sanksiyaları müzakirə etmək niyyətindədir", - adı açıqlanmayan rəsmi bildirib.

Xatırladaq ki, ABŞ İsraildən yaxın bir ay ərzində Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görməsini tələb edir, əks halda ölkə hərbi yardımla bağlı məhdudiyyətlərlə üzləşəcək.

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunu “BMT-nin qərarını qulaqardına vurmamağa” çağırıb. O qeyd edib ki, İsrail “BMT-nin qərarı ilə yaradılıb”.

Oxuməni.az