İtaliya İsrailə silah ixracına lisenziyaların verilməsini dayandırıb

İtaliya İsrailə silah ixracına lisenziyaların verilməsini dayandırıb

16 Oktyabr 18:25
Bəyəndim (0) Bəyənmədim (0)

2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS radikal qruplaşmasının bu ölkəyə hücumundan sonra yəhudi dövlətinin Qəzza zolağında əməliyyatı başlayandan İtaliya İsrailə hər hansı silah ixracı üçün yeni lisenziyaların verilməsini dayandırıb. Bu barədə çərşənbə axşamı baş nazir Giorgia Meloni bildirib.

“İsrailin Qəzzada əməliyyatı başladıqdan sonra hökumət İsrailə silah ixracı üçün hər hansı yeni lisenziyaların verilməsini dərhal dayandırdı. Buna görə də oktyabrın 7-dən sonra imzalanan bütün müqavilələr yerinə yetirilmədi"Ş-deyə Meloni bəyan edib.

Baş nazir əlavə edib ki, Fələstin anklavında böhran vəziyyəti davam edərkən silahlardan istifadə riski qaldığı müddətdə lisenziyaların verilməsi bərpa edilməyəcək.

Oxuməni.az