Sankt-Peterburqda naməlum şəxslər helikopterlərin hissələrinin istehsalı sexini dağıdıblar

Sankt-Peterburqda naməlum şəxslər helikopterlərin hissələrinin istehsalı sexini dağıdıblar

17 Oktyabr 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Baza Telegram kanalı xəbər verir ki, bir qrup naməlum şəxs Sankt-Peterburqun Kinqiseppskoye şossesində yerləşən helikopterlər üçün hissələrin istehsalı sexini dağıdıb.

Oktyabrın 14-nə keçən gecə altı maskalı şəxs zavoda daxil olub. Onların əllərində çəkiclər və baltalar olub.

“Həmin an sexdə olan işçilərin dediyinə görə, naməlum şəxslər əldəqayırma vasitələrdən istifadə edərək dəzgahları sındırmağa başlayıblar”, – telekanalın xəbərində deyilir.

Eyni zamanda hücum edənlərdən biri zavod işçilərinin yanına gedərək onları mobil telefonlarını ona verməyə məcbur edib.

Hücum edənlərə sexi dağıtmaq üçün cəmi bir neçə dəqiqə lazım olub, bundan sonra onlar naməlum istiqamətə qaçıblar.

Hazırda zavodun işçiləri ona dəymiş ziyanı qiymətləndirirlər. Hücumun arxasında kimin ola biləcəyi barədə hələlik məlumat verilmir.

Oxuməni.az