Avstraliya Ukraynaya 164 milyon dollar hərbi yardım göndərmək niyyətindədir

Avstraliya Ukraynaya 164 milyon dollar hərbi yardım göndərmək niyyətindədir

17 Oktyabr 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliya hökuməti Ukraynaya 164 milyon dollar məbləğində hərbi yardım edəcək. Bunu Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Marles bildirib.

“Təxminən 245 milyon Avstraliya dolları (164 milyon ABŞ dollar) dəyərində olan bu paket Ukrayna Silahlı Qüvvələrinin atəş gücünü və hərəkətliliyini artıracaq və Ukrayna zirehli briqadalarına dəstək verən tərəfdaş ölkələrin səylərini tamamlayacaq”, - deyə Marles hərbi departamentdən sitat gətirib.

Nazir həmçinin qeyd edib ki, Avstraliyanın 2022-ci ilin fevral ayından Ukraynaya göstərdiyi hərbi yardımın ümumi məbləği 1,3 milyard Avstraliya dollarını (870 milyon dollardan çox) ötüb. Daha 200 milyon Avstraliya dolları (təxminən 134 milyon dollar) humanitar yardım kimi Kiyevə ayrılıb.

Oxuməni.az