Böyük Britaniya Çinlə münasibətləri normallaşdırmaq niyyətindədir

Böyük Britaniya Çinlə münasibətləri normallaşdırmaq niyyətindədir

17 Oktyabr 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi oktyabrın 18-19-da Çinə rəsmi səfərə gələcək. Bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

“Çin xarici işlər naziri Vanq Yinin dəvəti ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi oktyabrın 18-19-da Çinə rəsmi səfər edəcək.

Mao Ning həmçinin qeyd edib ki, "Çin və Böyük Britaniya arasında münasibətlərin uzunmüddətli və sabit inkişafı hər iki tərəfin və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına, həmçinin qlobal çağırışlara cavabı asanlaşdırır, sülh və qlobal inkişafı təşviq edir".

O, ÇXR-in “tərəfdaşlıq statusunu, qarşılıqlı faydanı qorumaq, ikitərəfli münasibətlərin sabitliyini və uzunmüddətli inkişafına kömək etmək üçün Böyük Britaniya ilə əməkdaşlığa” hazır olduğunu bildirib.

Oxuməni.az