Hindistan Ermənistana “Pralay” raketlərini bu şərtlə satacaq

Hindistan Ermənistana “Pralay” raketlərini bu şərtlə satacaq

16 Oktyabr 17:26
Bəyəndim (11) Bəyənmədim (0)

Hindistan Müdafiə Nazirliyi Ermənistana “Pralay” ballistik raketlərinin satışına icazə verib ki, bu da iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafında mühüm addım olub, bu barədə məlumatı Hindistanın “Alpha Defence” portalı dolayısı ilə təsdiqləyib.
Lakin bu müqavilədə mühüm şərt var. Ermənistanın Teleqram kanalları bu gün Hindistandan “Pralay” raketlərinin, eləcə də digər növ raket silahlarının tədarükünə dair müqavilədə onların istifadəsinə məhdudiyyətlərin olduğunu bildirib. Xüsusilə, müqavilədə Ermənistanın Hindistan raketlərindən başqa ölkələrin ərazisində yerləşən hədəfləri vurmaq üçün istifadə etmək hüququ olmadığı öhdəliyi var. Bu o deməkdir ki, Ermənistan bu raketlərdən ancaq öz sərhədləri daxilində istifadə edə biləcək.
Belə bir məhdudiyyət potensial münaqişə vəziyyətində Ermənistan üçün raket silahlarının praktiki dəyərini sual altına qoyur. Raketlərdən yalnız ölkə daxilində istifadə etmək imkanı xüsusilə regional gərginlik şəraitində onların strateji dəyərini məhdudlaşdırır.

Almaz Həsənli