Kamala Harris Baydenin kursunu tərk edir

Kamala Harris Baydenin kursunu tərk edir

17 Oktyabr 11:11
Bəyəndim (12) Bəyənmədim (0)

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris deyir ki, noyabrda keçiriləcək seçkidə qalib gəlsə, Co Baydenin prezidentlik kursunu davam etdirməyəcək.

“Mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq və onun səlahiyyət müddətinə başlayan hər hansı digər prezident kimi mən də öz həyat və peşəkar təcrübəmi və yeni ideyalarımı gətirəcəyəm”, o, “Fox News”-a müsahibəsində deyib.

Harris, Baydendən fərqli olaraq, "karyerasının çoxunun Vaşinqtonda olmadığını" izah etdi. Vitse-prezident həm də “yeni liderlər nəslini” təmsil etdiyini iddia edir.

Daha əvvəl “ABC” telekanalına verdiyi müsahibədə Harrisdən Baydendən fərqli olaraq nə edəcəyini soruşmuşdular. Vitse-prezident cavab verdi ki, ağlıma heç nə gəlmir.

Almaz Həsənli