ABŞ Şimali Koreyanı yarımadada eskalasiyanı dayandırmağa çağırıb

ABŞ Şimali Koreyanı yarımadada eskalasiyanı dayandırmağa çağırıb

16 Oktyabr 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Koreya Xalq Demokratik Respublikasını (KXDR) Koreya Respublikası ilə münaqişə riskini artıra biləcək hərəkətləri dayandırmağa çağırıb. Bu bəyanat Şimalın sərhəd yollarını zədələməsi ilə bağlı verilib.

Bunu ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller deyib.

Onun sözlərinə görə, o, Pxenyanla telefon danışıqları aparıb və söhbət zamanı Şimali Koreya tərəfini diplomatik danışıqlara qayıtmağa çağırıb.

"Biz Koreya Respublikasındakı müttəfiqlərimizlə sıx koordinasiyada KXDR-dəki vəziyyəti diqqətlə izləyirik. Biz KXDR-i gərginliyi azaltmağa və münaqişə riskini artıra biləcək istənilən hərəkəti dayandırmağa çağırmaqda davam edirik və KXDR-i dialoq və diplomatiyaya qayıtmağa çağırırıq.”, - o, oktyabrın 15-də keçirilən mətbuat konfransında bildirib.

"Şimali Koreyanın hərəkətlərinə gəlincə, biz görürük ki, onlar gərginliyi artıran addımlar atmağa davam edirlər. Biz onları fərqli yol seçməyə, gərginliyi azaltmağa və münaqişə riskini artıra biləcək istənilən hərəkəti dayandırmağa çağırmağa davam edəcəyik", - Dövlət Departamenti sözçüsü bildirib.

Oxuməni.az