Xeops piramidasının zirvəsində bir it aşkar edilib-Video

Xeops piramidasının zirvəsində bir it aşkar edilib-Video

16 Oktyabr 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bir adam yamac paraşütü ilə uçarkən Böyük Xeops Piramidasının üstündə bir it görüb. Bu barədə Daily Mail yazır.

Böyük Xeops Piramidasına dırmaşmaq qadağandır, buna görə turistlər yamac paraşütü ilə ekskursiya edirlər. Bu uçuşlardan birində Alex Lang piramidanın lap başında quşların arxasınca qaçan və onlara hürən iti vıdeoya alıb.

Video internetdə yayılıb. Şərhçilər yazır ki, “bu it deyil, axirətdə ölülərin bələdçisi və məzarların qoruyucusu sayılan Misir tanrısı Anubisdir”. Onların fikrincə, buna görə də heyvan piramidanın zirvəsindədir.

İtin bu qədər hündürlüyə necə çatdığı, orada nə qədər qaldığı və ya xilas edilib-edilmədiyi bəlli deyil.

Əvvəllər it portativ şarj cihazı ilə oynadıqdan sonra evdə yanğın törədib.

Oxuməni.az