Estoniya Krım tatarlarının soyqırımını tanıyıb

Estoniya Krım tatarlarının soyqırımını tanıyıb

12:05
Bəyəndim (2) Bəyənmədim (0)

Estoniya Riigikogu (parlamenti) 1944-cü ildə Krım tatarlarının deportasiyasını soyqırım aktı kimi rəsmən tanıyıb. Bu qərarı Estoniya parlamentinin 101 deputatından 83-ü dəstəkləyib.
Bəyanatda Krım tatarlarının SSRİ hakimiyyət orqanları tərəfindən törədilmiş kütləvi qırğını və öz doğma torpaqlarından zorla çıxarılması pislənir.Bəyanat müəllifləri həmçinin vurğulayırlar ki, 2014-cü ildə Krımı ilhaq edən Rusiya “bu xalqın şəxsiyyətini məhv etməyə yönəlmiş soyqırım siyasətini davam etdirir”.
Estoniya parlamenti beynəlxalq ictimaiyyəti 2014-cü ildən bəri yarımadada Krım tatarlarına qarşı davam edən təqibləri pisləməyə çağırıb.
Deputatlar qeyd ediblər ki, bu xalqın nümayəndələri kütləvi şəkildə həbs olunur, işgəncələrə məruz qalır, oğurlanır, ana dilindən istifadəyə qadağa qoyulur.
Estoniya Krım tatarlarının soyqırımını tanıyan altıncı ölkə oldu.

Almaz Həsənli