Orban  Zelenskinin qələbə planını rədd edib

Orban Zelenskinin qələbə planını rədd edib

14:02
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenskinin Avropa İttifaqı liderlərinə təqdim etdiyi qələbə planı iflasa məhkumdur.

Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Orban ardıcıl olaraq Moskva ilə əlaqələri artırarkən Aİ-nin Kiyevə yardımını əngəlləməyə çalışıb. O, təkrar edib ki, Ukrayna Rusiyanı hərbi cəhətdən “yenə bilməz.

"Güclü mövqedən danışıqlar aparmaq yaxşı fikirdir, amma biz zəifik. Siyasi salonlarda ifadə olunan bu gözəl ifadələri bəyənirəm, amma bu arada minlərlə ukraynalı ölür. Yaxşı fikir döyüşmək deyil, atəşi dayandırmaqdır ”, - deyə Orban bildirib.

Oxuməni.az