ABŞ Ukraynanın NATO-ya üzvlüyü üçün islahatlara ehtiyac olduğunu qeyd edir

ABŞ Ukraynanın NATO-ya üzvlüyü üçün islahatlara ehtiyac olduğunu qeyd edir

16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın NATO-ya üzv olması üçün müvafiq islahatların aparılması və təhlükəsizlik şərtlərinin yerinə yetirilməsi lazımdır. Eyni zamanda, ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır: “Ukraynanın yeri və gələcəyi Alyansdadır”.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Bununla belə, o, "oraya çatmaq üçün hələ görüləsi işlər, o cümlədən islahatlar və təhlükəsizlik şərtləri var" dedi.

Sullivan həmçinin qeyd edib ki, əsas sual “indi olduğumuz yerdən Ukraynanın NATO-ya mümkün üzvlüyünə necə körpü tikməkdir”.

Müşavirin sözlərinə görə, bu istiqamətdə atılan mühüm addımlardan biri Vaşinqtonda keçirilən sammitin nəticələri, o cümlədən “Ukraynanın təhlükəsizliyinə dəstək aparatının institutsionallaşdırılması” olub.

Sallivan ABŞ prezidenti Co Baydenin Ukraynaya uzunmüddətli dəstək verməyə çalışdığını da vurğulayıb.

Oxuməni.az