Bir qrup silahlı şəxs İordaniyadan İsrailə daxil olub

Bir qrup silahlı şəxs İordaniyadan İsrailə daxil olub

15:10
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail hərbçiləri bir qrup silahlı şəxsin İordaniyadan ölkəyə daxil olduğunu qeydə alıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri bir müddət əvvəl İordaniyadan Ölü dənizin cənubundakı İsrail ərazisinə sızmış bir qrup terrorçunu müəyyən edib”, - məlumatda deyilir.

Ordudan verilən məlumata görə, hərbçilər və sızanlar arasında atışma baş verib. “Hadisə yerinə İDF hərbçiləri göndərilib və qoşunlara atəş açan iki terrorçu İsrail qüvvələri tərəfindən zərərsizləşdirilib”, - mətbuat xidməti bildirib.

əlavə qüvvələri göndərilib və hərbçilər üçüncü sərhəd pozucusunun axtarışı üçün ərazini darayırlar.

Oxuməni.az