Oxot dənizində iki ay əvvəl yoxa çıxan kişi xilas edilib

Oxot dənizində iki ay əvvəl yoxa çıxan kişi xilas edilib

15 Oktyabr 14:34
Bəyəndim (6) Bəyənmədim (0)

Rusiyada, Kamçatka sahillərində, Oxot dənizində balıqçılar içərisində bir kişi və iki cəsədin olduğu qayıq aşkar ediblər, “Kamçatka Life” Telegram- kanalı xəbər verir. Bu səyahətçilər - Buryatiyadan olan turistlər Xabarovsk diyarından Saxalinə üzməyə çalışıblar, əlaqə kəsilib və 67 gün dənizdə sürükləniblər.

Qayıqda həlak olanlar ata və onun 16 yaşlı oğlu olub, qurbanların 46 yaşlı qardaşı və əmisi sağ qalıb. O, 50 kiloqram arıqlayıb və yaxınlarının cəsədlərini qoruyub. Əvvəlcə, oktyabrın 14-də qayıq təsadüfən radarda supertraulerin ekipajı tərəfindən fərq edilib və onu səhvən zibil kimi qəbul ediblər.

İki qardaş və onlardan birinin oğlu avqustun 9-da Xabarovsk diyarındakı Perovski burnundan Saxalin vilayətinin Oxa rayonu istiqamətində katamaranla yola düşsələr də, bir müddət sonra onlarla əlaqə kəsilib. “Baza” Telegram- kanalı yazır ki, sağ qalan 46 yaşlı Mixail, o cümlədən ötən müddət ərzində dünyasını dəyişən 49 yaşlı Sergey və 15 yaşlı İlya Piçuqin də Şantar adalarının toxunulmamış təbiətini və "balinalara baxmaq" üçün ora yollanıblar. Qohumlar ora problemsiz gəliblər. Lakin onlar sahildən materikə qayıdan zaman gözdən itiblər.

Piçuginlərin istirahət üçün yer seçmələri təsadüfi deyildi. 46 yaşlı Mixail adada növbəli işçi işləyir və boş vaxtlarında balıq tutmaq üçün dənizə çıxır və bu səbəbdən böyük qardaşını və 15 yaşlı qardaşı oğlunu yanına dəvət edir. Onlar səyahətə əvvəlcədən hazırlaşıblar: “Baykat 470” motorlu qayıq alıblar, sonra qayığı qeydiyyata salıblar və Oxot dənizinin sahilinə aparıblar.

Almaz Həsənli