Tokio doğum nisbətini artırmaq üçün dörd günlük iş həftəsini sınaqdan keçirəcək

Tokio doğum nisbətini artırmaq üçün dörd günlük iş həftəsini sınaqdan keçirəcək

14 Dekabr 11:23
Bəyəndim (0) Bəyənmədim (0)


Tokio hakimiyyəti aprel ayından başlayaraq bələdiyyə işçiləri üçün dörd günlük iş həftəsi variantını sınaqdan keçirməyi planlaşdırır. Bu barədə Tokio qubernatoru Yuriko Koike məlumat verib. Layihənin məqsədi ölkədə doğum səviyyəsini artırmaqdır.

Pilot layihə çərçivəsində işçilər həftədə iki deyil, üç gün istirahət edə biləcəklər.

Yaponiya dünyada doğuş nisbəti ən aşağı olan ölkələrdən biridir və hər qadına 1,22 uşaq düşür. 1990-cı illərin əvvəllərindən etibarən ölkədə doğum səviyyəsini artırmaq üçün dəfələrlə cəhdlər edilib. Bu il hökumət yeni proqram təqdim etdi. Proqrama 18 yaşınadək uşaqlar üçün müavinətlərin tətbiqi, valideyn məzuniyyəti zamanı maaşların demək olar ki, tam ödənilməsi daxildir

Oxuməni.az