Britaniya Putinin tələblərinə baxmayaraq, Ukraynaya hərbi yardımı dayandırmayacaq

Britaniya Putinin tələblərinə baxmayaraq, Ukraynaya hərbi yardımı dayandırmayacaq

20 Mart 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya hökuməti Rusiya diktatoru Vladimir Putinin Ukraynanın müttəfiqlərinin mümkün atəşkəs zamanı Kiyevə silah tədarükünü dayandırması tələbini rədd edib.

Bunu jurnalistlərlə söhbəti zamanı Böyük Britaniyanın baş naziri Key Starmerin mətbuat katibi Deyv Pares deyib. Britaniyanın Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı Rusiyanın tələbləri ilə razılaşa biləcəyi ilə bağlı sualı cavablandıran Pares əmin edib ki, ölkə “Ukraynaya hər zaman hərbi dəstək verməyə davam edəcək”.
Xatırladaq ki, Rusiya diktatoru Vladimir Putin ABŞ prezidenti Donald Trampla söhbətində Ukraynanın enerji infrastrukturuna hücumlara 30 günlük moratoriumla razılaşıb.

Eyni zamanda, Putin ABŞ-ın 30 gün ərzində tam atəşkəs təklifini qəbul etməyib, bunu Kremlin bəyanatları da sübut edir.

Bununla belə, rus diktatoru hərbi əməliyyatların dayandırılmasının baş verə biləcəyi şərtlərin adını çəkdi. O, Ukraynada səfərbərliyin dayandırılmasını, hərbi yardım və kəşfiyyatla təmin olunmasını tələb edir.

Əziz Mustafa, Oxuməni.az