Gürcüstanda doğum səviyyəsi azalır və ölüm nisbəti artır

Gürcüstanda doğum səviyyəsi azalır və ölüm nisbəti artır

29 Mart 13:29
Bəyəndim (0) Bəyənmədim (0)


2024-cü ildə Gürcüstanda diri doğulanların sayı 39 483 uşaq, o cümlədən 20 755 oğlan və 18 728 qız təşkil edib. Əvvəlki illə müqayisədə bu göstərici 1,8% azalıb. 2024-cü ildə ən çox doğuş Tbilisi şəhərində (14 415 uşaq), ən az isə Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində (237 uşaq) qeydə alınıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Sova News” məlumat yayıb.
2024-cü ildə doğulanların ümumi sayında 2023-cü illə müqayisədə ilk doğulanların payı 37,7%-dən 35,9%-ə qədər azalıb, ikinci uşaqların payı faktiki olaraq dəyişməyərək 33,7%-ə, üçüncü və sonrakı uşaqların payı isə 27,5%-dən 29,0%-ə yüksəlib.
2024-cü ildə əvvəlki illə müqayisədə 25 yaşa qədər analardan doğulan uşaqların ümumi diri doğulanların sayında xüsusi çəkisi 24,6 faizdən 23,2 faizə enib, 25-39 yaş qrupunda anaların xüsusi çəkisi isə faktiki olaraq dəyişməyərək 69,5 faiz olub. 40 və yuxarı yaşda olan analar arasında artım müşahidə olunur, onların xüsusi çəkisi 6,0%-dən 7,3%-ə yüksəlir.
2024-cü ildə ilk övladını dünyaya gətirən ananın orta yaş həddi 27,0 yaş olaraq təxmin edilir.
2024-cü ildə 2023-cü illə müqayisədə Gürcüstanda ölüm 2,8% artaraq 43 971 nəfər təşkil edib. Ən çox ölüm Tbilisidə (12 492 nəfər), ən az isə Raça-Leçxumi və Aşağı Svanetidə (533 nəfər) qeydə alınıb.
2024-cü ilin məlumatlarına görə, körpə ölümü əmsalı (hər 1000 diri doğulana 1 yaşa qədər ölənlərin sayı) 7,4 olmuşdur. 2024-cü ildə 5 yaşadək uşaqların ölüm səviyyəsi (hər 1000 diri doğulana) hər minə 8,6 təşkil edib.
2024-cü ildə Gürcüstanda mənfi təbii artım (diri doğulanların və ölənlərin sayı arasındakı fərq) qeydə alınıb və -4488 səviyyəsində müəyyən edilib. Eyni zamanda, Tbilisi, Acarıstan Muxtar Respublikası və Kvemo Kartli bölgəsi istisna olmaqla, bütün regionlarda əhalinin təbii azalması müşahidə olunub.
2024-cü ildə 21 653 nikah qeydə alınıb ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 2,8% azdır. İlk nikahda orta yaş həddi qadınlar üçün 29,9, kişilər üçün 32,2 ildir.
2024-cü ildə qeydə alınmış boşanmaların sayı 13 520 olub ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 1,1% azdır.
Almaz Həsənli