Hamburqda xəstəxananı yandırmaqda şübhəli bilinən şəxs həbs edilib

Hamburqda xəstəxananı yandırmaqda şübhəli bilinən şəxs həbs edilib

2 İyun 11:15
Bəyəndim (3) Bəyənmədim (0)

Almaniya polisi Hamburqda Müqəddəs Məryəm xəstəxanasını yandırmaqda şübhəli bilinən 72 yaşlı kişini həbs edib. Bu barədə “Bild” məlumat yayıb.

Nəşr vurğulayır ki, şahidləri dindirdikdən sonra istintaq yanğının qəsdən xəstələrdən biri tərəfindən törədildiyi qənaətinə gəlib.

Nəşr qeyd edir ki, yanğın zamanı 50-dən çox insan xəsarət alıb, daha 3 nəfər ölüb. Şübhəli klinikada həbs edilib və bazar ertəsi, iyunun 2-də məhkəmə qarşısına çıxarılacaq.

Cümə günü, mayın 23-də Hamburqun əsas qatar stansiyasında bıçaqlı hücum baş verib və 19-85 yaşlarında olan 18 nəfər yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır. Şübhəlini yoldan keçən iki nəfər saxlayıb. Polis hadisə yerinə gələndə qadın müqavimət göstərmədən özünü həbs etməyə icazə verib.

Daha sonra bildirilib ki, hakim Hamburqda bıçaqlı hücumda şübhəli bilinən şəxsin məcburi müalicəyə göndərilməsinə qərar verib. Polisin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs 39 yaşlı qadındır. Onun Almaniya vətəndaşlığı var və daimi yaşayış yeri yoxdur.

Əziz Mustafa, Oxuməni.az