
İran Azərbaycana yeni səfir təyin edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi iyunun 2-də Tehranda keçirilən mətbuat konfransında bildirib ki, İranın Azərbaycandakı səfiri artıq seçilib və lazımi prosedurlar üçün ev sahibi ölkəyə təqdim edilib.
"Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələr bizim üçün çox vacibdir. İranın Azərbaycana yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli diplomatdır", - o qeyd edib.
Baqayınin sözlərinə görə, səfirin adı daha sonra açıqlanacaq.
Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatıb.
Oxuməni.az
Digər xəbərlər