
İranlı idmançılar Cənubi Koreyada cinsi təcavüz ittihamı ilə həbs ediliblər
Kyonbuk vilayətinin (Cənubi Koreya) Qumi şəhərinin polisi 2025-ci ildə keçiriləcək Asiya çempionatında İranın yüngül atletika üzrə milli komandasını təmsil edən üç İran vətəndaşını - iki idmançı və bir məşqçini həbs edib. Onlar koreyalı qadına qarşı cinsi təcavüzdə ittiham olunurlar.
Bu barədə Oxuməni.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir.
Məlumata görə, hadisə həbsdən bir gün əvvəl baş verib. İddialara görə, iranlı idmançılar zərərçəkmişlə idman kəndi yaxınlığında görüşüb, onu otelə aparıblar və cinayəti orada törədiblər. Zərərçəkmiş şikayət ərizəsi ilə müraciət edib və hər üçü - iki 30 yaşlı idmançı və bir məşqçi elə yerindəcə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Almaz Həsənli
Digər xəbərlər