İstanbulda Rusiya və Ukrayna danışıqları başlayıb

İstanbulda Rusiya və Ukrayna danışıqları başlayıb

2 İyun 16:16
Bəyəndim (3) Bəyənmədim (0)


İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci raundu başlayıb. Bu barədə “TASS” məlumat yayıb.
"İstanbulda Rusiya-Ukrayna danışıqları başlayıb", - agentlik mənbəyə istinadən yazır.
Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. İclasda Ukraynanı müdafiə naziri Rustem Umerov təmsil edir. Danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan və Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın da iştirak edir.
Danışıqlardan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib. Rusiya və Ukrayna arasında keçirilən danışıqların birinci raundunda “çox mühüm addımlar atıldığını” qeyd edən Fidan ikinci raundda atəşkəs, əsir mübadiləsi, Rusiya və Ukrayna liderləri arasında görüş imkanının müzakirə ediləcəyini bildirib. “TASS” xəbər verir ki, Fidan həmçinin “ən qısa müddətdə konkret irəliləyişlərə” ümid etdiyini bildirib.
Türkiyə xarici işlər nazirinin açılış nitqindən sonra danışıqlar bağlı qapılar arxasında davam edib.
Oxuməni.az