Polşada keçirilən prezident seçkilərinin ikinci turunda Karol Navrotski  qalib gəlib

Polşada keçirilən prezident seçkilərinin ikinci turunda Karol Navrotski qalib gəlib

2 İyun 08:56
Bəyəndim (6) Bəyənmədim (0)

Polşada keçirilən prezident seçkilərinin ikinci turunda hazırda ən çox səsi Qanun və Ədalət partiyasının namizədi Karol Navrotski toplayıb. Tarixçi və Milli Xatirə İnstitutunun rəhbərinin Ukrayna ilə münasibətlər, xüsusən də Volın faciəsi və NATO-ya qoşulması ilə bağlı ziddiyyətli fikirlər var.

Polşa prezidentliyinə müxalifət partiyası olan “Hüquq və Ədalət” partiyasının namizədi Karol Navrotski Respublika Dövlət Seçki Komissiyası tərəfindən bülletenlərin 99,8%-nin işlənməsindən sonra seçkilərdə qalib gəlib. Məlumatı TVP İnfo telekanalı yayıb.

Məlumata görə, Navrotski 50,9%, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Trzaskovski 49,1% səs toplayır. Bülletenlərin 99,93%-i işləndikdən sonra vəziyyət dəyişməyib.

Polşada prezident seçkilərinin ikinci turu iyunun 1-də keçirilib.Seçicilərin 72,8%-i iştirak edib. Dövlət Seçki Komissiyası rəsmi nəticələri iyunun 2-də elan edəcək.

Mayın 19-da keçirilən prezident seçkilərinin birinci turunda Rafal Trzaskovski 31,36 faiz, Karol Navrotski isə 29,54 faiz səs toplayıb.

Karol Tadeuş Navrotski 3 mart 1983-cü ildə Qdanskda fəhlə ailəsində anadan olub. Atası Riçard tornaçılıqla məşğul olub və “Həmrəylik” həmkarlar ittifaqının üzvü olmaqla Polşa Xalq Respublikasının müxalifət fəaliyyətlərində iştirak edib, anası Elizabet isə mətbəədə işləyirdi.

Navrotski Qdanskda təhsil alıb. 2003-cü ildə Ali Biznes və İdarəetmə Məktəbində İnsan Resurslarının İdarə Edilməsi, 2008-ci ildə isə Qdansk Universitetində Tarix üzrə magistr dərəcəsi alıb və beş ildən sonra burada humanitar elmlər doktoru olub.

2023-cü ildə artıq Milli Xatirə İnstitutunun prezidenti kimi Qdansk Texnologiya Universitetində Beynəlxalq MBA proqramı üzrə təhsilini başa vurub.

Gəncliyində Karol Navrotski idmanla fəal məşğul olub: o, futbol oynayıb və boks üzrə turnirlərdə uğurla çıxış edib, 2004-cü ildə yeniyetmələr arasında boks üzrə Polşa kubokunun qalibi olub. O, “Ex-Siedlce Gdansk” futbol komandasının oyunçusu və kapitanı olub, 2010-cu ildə isə döyüş sənəti bölməsini yaradıb.

Karol Navrotskinin peşəkar fəaliyyəti təhsil, tarix və milli anım siyasəti ilə sıx bağlıdır. 2009-cu ildən Milli Xatirə İnstitutunda işləməyə başlayıb və 2021-ci ildə bu quruma rəhbərlik edib.

O, həmçinin 5 il (2017-2021) Qdanskda İkinci Dünya Müharibəsi Muzeyinə rəhbərlik edib. Navrotskinin qərarı ilə Polşada Qırmızı Ordunun abidələri söküldü, buna görə Rusiya Federasiyası hətta ona qarşı cinayət işi qaldırdı.

Navrotskinin karyerası daha bir neçə qalmaqalla müşayiət olundu. 2018-ci ildə Tadeuş Batır təxəllüsü ilə məşhur polşalı qanqster Nikodem "Nikos" Skotarçakın tərcümeyi-halını əks etdirən "Nikosun sonrakı həyat etirafı" kitabını nəşr etdi. Müəllifliyi gizlətmək cəhdləri mediada tənqidlərə səbəb olub.

Daha sonra Navrotskinin kriminal aləmlə mümkün əlaqələrini göstərən nəşrlər peyda oldu. Cavabında o, tarixçi kimi cinayətkarların sosiallaşması ilə məşğul olduğunu, həbsxanalarda dərslər keçdiyini, idmançı kimi boks idman zallarında müxtəlif insanlarla görüşdüyünü bildirib.

Rafal Trzaskovski ilə seçki teledebatları zamanı Karol Navrotski narkotik aludəçiliyi ehtimalına görə növbəti qalmaqala düşüb.

Müzakirə zamanı Navrotski bir əli ilə üzünü örtdü, digər əlini isə ağzına qaldırdı. Siyasətçi bu jestini saqqız götürməsi ilə izah edib, daha sonra qərargahı bunun nikotin paketi (snus) olduğunu dəqiqləşdirib. Tezliklə Navrotski bədənində qadağan olunmuş maddələrin olub-olmaması üçün test etdi, mənfi nəticə verdi.
24 noyabr 2024-cü ildə müxalifətdə olan Qanun və Ədalət Partiyası (PiS) 2025-ci il prezident seçkilərində müstəqil namizəd kimi Karol Navrotskini dəstəklədiyini açıqladı. O, həmçinin Müstəqil Həmkarlar İttifaqları Həmrəyliyi tərəfindən rəsmi olaraq təsdiqləndi və 2025-ci ilin aprelində hazırkı prezident Anjey Duda onun namizədliyini dəstəklədiyini açıq elan etdi.

Mayın 18-də keçirilmiş prezident seçkilərinin birinci turunda Karol Navrotski 29,54% səslə 31,36% səs toplayan Rafal Trzaskovskidən sonra ikinci olub. Namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilmədiyinə görə, Trzaskovski və Navrotski iyunun 1-də keçiriləcək ikinci tura keçiblər.

Qeyd edək ki, səsvermənin ikinci turu ərəfəsində “Opinia24” sorğusunun nəticələri Rafal Trzaskovskinin Karol Navrotski üzərində cüzi üstünlüklə – 45,9 faiz səsə qarşı 47,5 faizlə qələbə qazanacağını proqnozlaşdırırdı.

Navrotskinin “Plan 21” proqramına vergi islahatı (ƏDV-nin azaldılması), Proqnozlaşdırılan Texnologiyalar Fondunun yaradılması, Mərkəzi Rabitə Limanının tikintisi, məktəblərdə ev tapşırıqlarının qaytarılması və sürücülük vəsiqəsi almadan əvvəl pulsuz dərslər daxildir. O, həmçinin məcburi peyvəndin əleyhinədir, aborta qadağanın tərəfdarıdır

Əziz Mustafa, Oxuməni.az