“İllərdir ki, vaxtı keçmiş məhsullardan istifadə edirik”

“İllərdir ki, vaxtı keçmiş məhsullardan istifadə edirik”

21 Sentyabr 2022 06:39
Bəyəndim (0) Bəyənmədim (0)

“İllərdir ki, vaxtı keçmiş məhsulların böyük bir hissəsinin son ünvanı biz istehlakçılar oluruq. Baxmayaraq ki, qanunda göstərilir ki, əgər bir mağazadan bir dənə belə vaxtı keçmiş məhsul tapılarsa, onları 1500 manat cərimə gözləyir. Lakin vaxtı keçmiş məhsulların son taleyi ona görə ki, bizik ki, vaxtı keçmiş məhsullar marketlərdən çıxarılandan sonra toplanır və distributerə qaytarılır. Distribyuter də təzədən onun mümkün qədər etiketini dəyişir, tarixini dəyişir və s. Bizi elə gəlir ki, o təzə məhsuldur, lakin həmin köhnə məhsulu biz təzə kimi alırıq”.

Oxuməni.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, vaxtı keçmiş məhsul birbaşa təşkil olunmuş şəkildə yığılıb, utilizasiyaya getməlidir. Təəssüf ki, baş vermir:

“Bu səhv alqoritm və dövlətin istehlakçı hüquqlarını qoruyan qanunların zəifliyi ona gətirir ki, vaxtı keçmiş məhsullar bəzən biz istehlakçılara sırınır. Düzdür, 1500 manat cərimənin qorxusundan vaxtlar dəyişdirilir və s. Ancaq biz görürük ki, hətta yeni istehsal olunmuş məhsul sıradan çıxıb. Təsadüfi deyil ki, uzunmüddət vuruşmalardan sonra Azad İstehlakçılar Birliyi məhsulların ictimai məhvinə nail olmuşuq. 3 ay bundan öncə Azad İstehlakçılar Birliyinin, Qida Təhlükəsizliyinin Agentliyinin nümayəndəsi ilə birlikdə təxminən bir ayda 100 tona qədər süd və süd məhsullarının utilizasiyasına nail olduq Sumqayıt poliqonunda. Bunlar da çox yaxşı haldır ki, istehsalçı müəssisənin özü qabağa düşdü. Bunu “Azersun” etdi, ondan sonra “Milla” şirkəti bu təşəbbüsə qoşuldu. Lakin biz görürük ki, bu təşəbbüsə başqa istehsalçı şirkətlər qoşulmur”.

“Vaxtı keçmiş məhsullar utilizasiya olunmayandan sonra son nəticədə gəlib biz istehlakçılara çatır. Yəni, vaxtı keçmiş məhsulların utilizasiya qaydaları mükəmməl deyil, onlar qaytarılmamalıdır. Qida Təhlükəsizliyi Agentliyi hələ ki, bu məsələni kökündən həll edə bilməyib. Ona görə də, vaxtı keçmiş məhsullar biz istehlakçılara çatır. Xüsusən açıq etiketlə satılan məhsullardır. Bazarlarda biz görürük ki, açıq konfetlər, düyülər və s. satılır. Biz bilmirik ki, bunlar nə zaman istehsal olunur. Bu da biz istehlakçıların həyatına mənfi təsir edir”, – deyə AİB sədri qeyd edib.