Bəşəriyyətin tarixində ƏN AĞIR İL hansı olub? - 18 ay qaranlığın SƏBƏBİ

Bəşəriyyətin tarixində ƏN AĞIR İL hansı olub? - 18 ay qaranlığın SƏBƏBİ

28 Noyabr 2019 13:44
Bəyəndim (1) Bəyənmədim (0)

Alimlər hesab edir ki, bütün Avrasiyanı sirli dumanın bürüdüyü il - eramızın 536-cı ili -bəşəriyyət üçün inanılmaz dərəcədə çətin olub.

Oxumeni.az esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, "Bəşəriyyətin Keçmişinin Elmi" layihəsinə rəhbərlik edən tarixçi Maykl Makkormik bu hadisəni 1349-cu ildə Avropalıların yarısını öldürən vəba epidemiyasından və 1918-ci ildə 100 milyon insanın ölümünə səbəb olan ölümcül qrip epidemiyasından daha pis olduğunu hesab edir.

Bizans tarixçisi Prokopius Kaesarensis əmindir ki, 536-cı ildə Avropa, Yaxın Şərq və Asiya ölkələri üzərində 18 ay ərzində günəş işığının qarşısını alan qaranlıq pərdə olub.

Həmin il yay mövsümündə temperatur 1,5-2,5 dərəcəyə qədər enib ki, bu da son 2300 il ərzində rekord göstərici olub. Bitkilər soyuqdan məhv olub və insanlar aclıq və soyuqdan kütləvi şəkildə ölməyə başlayıb. Həmin dövrdə Çində güclü qar qeydə alınıb.

İrlandiya salnamələrinə görə, məhsul qıtlığı 539-cu ilə qədər davam edib, iki il sonra isə Roma imperiyasında bubonik vəba epidemiyası baş qaldırıb.

Təəssüf ki, tarixçilər bu dəhşətli ekoloji faciə nəticəsində neçə nəfərin zərər çəkdiyi barədə yazmayıblar.

Uzun araşdırmalar nəticəsində elm adamları nəhayət bu sirli örtüyün səbəbini müəyyənləşdiriblər. İsveç buzlağından götürülən buz nümunələri araşdırılıb və məlum olub ki, 536-cı ildə İslandiyada güclü vulkan püskürməsi baş verib. Nəticədə əmələ gələn kül bütün Avrasiyanın səmasını bürüyüb. Daha sonra, 540 və 547-ci illərdə növbəti yüz il ərzində Avropa iqtisadiyyatını aşağı salan daha iki püskürmə baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az