5-11-ci siniflərdə dərslər onlayn şəkildə həyata keçiriləcək

5-11-ci siniflərdə dərslər onlayn şəkildə həyata keçiriləcək

27 Avqust 2020 17:31
Bəyəndim (2) Bəyənmədim (0)

5-11-ci siniflərdə dərslər onlayn şəkildə həyata keçiriləcək.

Oxuməni.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ən azı mart ayına qədər teledərslər və virtual məktəb layihəsi davam edəcək:

"Lakin bu siniflərin mərhələli şəkildə təhsilə başlamasını planlaşdırırıq. Əgər epidemioloji vəziyyət imkan verərsə, 5-11 siniflərdə təhsil alan ümumilikdə 1,3 milyon şagirdin uyğunlaşdırılmış proqramlarla məktəbə qaytarılmasını planlaşdırırıq".

O qeyd edib ki, əgər vəziyyət imkan verərsə, 10-11-ci siniflərin 1 oktyabrdan ənənəvi dərslərə başlaması planlaşdırılır.

Oxuməni.az