AMEA-nın Tarix İnstitutu Azərbaycan Ordusuna dəstəyi davam etdirir

AMEA-nın Tarix İnstitutu Azərbaycan Ordusuna dəstəyi davam etdirir

5 Oktyabr 2020 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Azərbaycan Ordusuna dəstək kampaniyası başlanıb.

Oxuməni.az-a Tarix İnstitutundan verilən məlumata görə, elmi müəssisənin “Qarabağ tarixi” şöbəsinin böyük elmi işçisi Bəxtiyar Həsənov bir aylıq əməkhaqqının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsi barədə institut rəhbərliyinə ərizə ilə müraciət edib.

Tarixçi alimin bu təşəbbüsü institut əməkdaşları tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanıb.

Qeyd edək ki, Bəxtiyar Həsənov I Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. O, “Azərbaycanın Qarabağ regionu XX əsrin əvvəllərində” mövzusunda dissertasiya müdafiə edib və bu mövzuda öz tədqiqatlarını davam etdirir.

Oxuməni.az