Məhəbbət Vəliyeva vəzifəsindən azad edildi

Məhəbbət Vəliyeva vəzifəsindən azad edildi

1 Fevral 2021 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

Oxuməni.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd imzalanıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.