
Dələduz vəkilin istintaqı başa çatıb
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, keçirilən prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığı üçün məhkəmə prosesi oktyabrın 8-nə kimi təxirə salınıb.
Qeyd edək ki, M. Bayramov bir müddət əvvəl saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.
Mediainfo.az
Digər xəbərlər