Rusiyada OMON-çular azərbaycanlıların toyuna basqın etdi - FOTOLAR

Rusiyada OMON-çular azərbaycanlıların toyuna basqın etdi - FOTOLAR

26 Aprel 2017 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada OMON azərbaycanlıların toyuna basqın edib.

Azvision.az xəbər verir ki, hadisə aprelin 24-də Tver Vilayətinin Kimrı şəhərində baş verib. Restorana daxil olan OMON-çular təxminən 200-ə yaxın qonağın sənədlərini yoxlayıblar. Daha sonra qonaqların avtomobilləri yoxlanılıb. Əməliyyat iki saat davam edib.

OMON-nun Tver vilayəti üzrə idarəsinin mətbuat katibi Natalya Baal bildirib ki, yoxlama "Miqrant" əməliyyatı çərçivəsində keçirilib: "Buna anlayışla yanaşılmasını istəyirik".

Mediainfo.az