Milli Məclisdə Zeynəb Xanlarova bəzi imkanlı şəxslərin özbaşınalığından danışdı

Milli Məclisdə Zeynəb Xanlarova bəzi imkanlı şəxslərin özbaşınalığından danışdı

22 May 2012 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda beş-altı nəfər varlı adam xalqı dövlətdən, prezidentdən narazı salır. Bu, Prezidentə qarşı təxribatdır". APA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin (MM) iclasında deputat, xalq artisti Zeynəb Xanlarova deyib. O, seçildiyi ərazidə sürətlə villalar tikildiyini və bu imarətlərin kasıb evlərinin qarşısını kəsdiyini bildirib: "Altıağacda pullu insanların nə qədər villaları var. Komanın yanında elə böyük villa tikiblər ki… Allahın göndərdiyi bulağı həyətlərinə salıblar. Belə hərəkətlər də yerli əhalini narazı salır". Z.Xanlarova bəzi məmurların xalq arasında xüsusi hörməti olduğunu qeyd etməklə yanaşı, yerli əhalinin problemi ilə maraqlanmayanların da olduğunu vurğulayıb: "Xalq prezidentdən razıdır, onun işlərini dəstəkləyir. Amma bəzi məmurlar var ki, onların əməlləri insanları qıcıqlandırır. Elə villaları var ki, mən Zeynəb Xanlarovanın villası onun yanında heç nədir. Bu, nədəndir?"

Z.Xanlarova Altıağacda su və kanalizasiya problemi olduğunu da vurğulayıb.

O.M.