Azərbaycanda 09 dekabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 35 cinayət faktı qeydə alınmış, onların da 17-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 13 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.
Avtomaşın qaçırmış Bakı şəhər sakini Əzizağa saxlanılmışdır
09.12.2012
Dekabrın 9-da saat 22.00 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindən, qəsəbə sakini Vüqar Mirzəyevə məxsus "QAZ-31105" markalı avtomaşın qaçırılmışdır. Görülmüş tədbirlər nəticəsində dekabrın 10-da saat 00.30 radələrində avtomaşını qaçırmış Bakı şəhər sakini Əzizağa Cəlilov Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılmışdır.
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
09.12.2012
Dekabrın 9-da saat 09.50 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Musa İsmayılov "Daewoo" markalı sərnişin avtobusunu idarə edərkən, onu körpünün dayağına vurmuşdur. Nəticədə xəsarət almış 6 nəfər sərnişin xəstəxanaya yerləşdirilmişlər.
Avtomaşınlardan maqnitofon və akkumulyatorlar oğurlamış Bakı şəhər sakini Məmməd Əzimov tutulmuşdur
09.12.2012
Sabunçu RPİ 12-ci və 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin oktyabr və dekabr ayları ərzində Ədib Cabbarova, Çingiz İsgəndərova, Zaur Hüseynova, Məhərrəm İsmayılova, Təzəbəy Ağayevə, Asif Alışova, Əhsən Teymurova, Asif Ağayevə, Kamil Həsənova, Elman Qafarova, Elşən Sadıxova və Məhəmməd Quliyevə məxsus avtomaşınlardan maqnitofon və akkumulyatorları oğurlamış Bakı şəhər sakini Məmməd Əzimov tutulmuşdur.
Oğurluq etmiş Bakı şəhər sakinləri Ramil Əhmədov və Elşən Qocalı tutulmuşlar
09.12.2012
Nəsimi RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də Nəsimi küçəsindəki "Vama" MMC-nə məxsus yeni tikilmiş binanın birinci mərtəbəsindən 15500 manat dəyərində 800 ədəd dəmir dirəkləri oğurlamış Bakı şəhər sakinləri Ramil Əhmədov və Elşən Qocalı tutulmuşlar.
Oğurluq etmiş Tərtər rayon kənd sakini Şamil Quliyev saxlanılmışdır
09.12.2012
Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də Evoğlu kənd sakini Mehriban Paşayevanın evindən pul oğurlanmış kənd sakini Şamil Quliyev saxlanılmışdır.
Gəncə şəhər sakini Elşən Məmmədovdan 2,2 kq marixuana götürülmüşdür
09.12.2012
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Elşən Məmmədovdan 2,2 kiloqram marixuana götürülmüşdür.
Suraxanı rayonu ərazisində yaşayan Əbil Əbilov dəm qazından zəhərlənərək ölmüşdür
09.12.2012
Dekabrın 9-da Suraxanı rayonu ərazisində yaşayan Əbil Əbilov mənzilində dəm qazından zəhərlənərək ölmüşdür.
Dərmandan və dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər
09.12.2012
Dekabrın 9-da Sumqayıt şəhər sakini Elnarə Tanrıverdiyeva, Arzu Həziyeva və Zakir Məlikov evlərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Bakıxanov Dəmir Yolu Stansiyası ərazisində qəza hadisəsi
09.12.2012
Dekabrın 9-da saat 19.45 radələrində Bakıxanov Dəmir Yolu Stansiyası ərazisində, Bakı şəhər sakini Qürbət Vəliyev elektrovozla vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
O.M.
.jpg)















































































.jpg-2.jpg)














