
Moskvada bıçaqlanaraq öldürülən azərbaycanlının kimliyi bilindi
Apa-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, çoxlu sayda bıçaq xəsarətləri ilə öldürülən Azərbaycan vətəndaşı 1984-cü il təvəllüdlü Ağayev Füzuli Nizami oğludur. Qeyd edək ki, dünən Moskvanın cənubunda saat 22.36-da polisə 2-ci Kotlyakovski döngəsi, ev 1 ünvanında insident baş verdiyi haqda məlumat daxil olub. Hadisə yerinə gedən polislər bir nəfərin bıçaqlanaraq öldürüldüyünü aşkarlayıblar.
Qətlin meyvə-tərəvəz bazasında məişət zəminində baş vermiş mübahisə zamanı törədildiyi bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Digər xəbərlər