Kanala düşənlərin meyitləri tapıldı

Kanala düşənlərin meyitləri tapıldı

1 Sentyabr 2014 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 29-da Siyəzən rayonu ərazisində, 1968-ci il təvəllüdlü Siyəzən rayon sakini Babayev Əlövsət Əliiskəndər oğlunun idarə etdiyi 10 DS 525 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil Taxta körpü su anbarının Ataçay adlanan hissəsində kanala düşməsi nəticəsində itkin düşən iki nəfərin meyiti tapılıb.

Maşının sürücüsü Babayev Əlövsət Əliskəndər oğlu və sərnişin, Bakı şəhər sakini Şirinov Əlikişi Zikrət oğlunun meyiti Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Mediainfo.az