Atası yaşda ağsaqqalı öldürdü

Atası yaşda ağsaqqalı öldürdü

18 Sentyabr 2014 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada 23 yaşlı gənc özündən 23 yaş böyük kişini öldürüb. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini 1968-ci təvəllüdlü Ələsgərov Səbuhi Hüseyn oğlu bıçaqlanaraq xəstəxanaya yerləşdirilib və orada ölüb.

Polis və prokurorluq orqanlarının əməkdaşların keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törədən 1991-ci il təvəllüdlü Kamran Məmmədov tutulub.

Kamran Məmmədovun narkotik maddə aludəçisi olduğu və hadisəni xuliqanlıq zəminində törətdiyi bildirilir.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Mediainfo.az