Azərbaycanda 25 sentyabrın rəsmi kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 2 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 40 nəfər tutulmuşdur.
Abşeron rayon sakini Rauf Hacıyevi qətlə yetirmiş Vadim Naumov tutulmuşdur
25.09.2014
Sentyabrın 25-də Nərimanov rayonu A.Nemətulla küçəsində Pirallahı qəsəbə sakini Vadim Naumov münaqişə zəminində Abşeron rayon sakini Rauf Hacıyevi döymüş və halsız vəziyyətə saldıqdan sonra boğmuşdur.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Naumov tutulmuşdur.
Bərdə rayon sakini Rahib Əkbərova bıçaqla xəsarət yetirmiş Yasin Hüseynov tutulmuşdur
25.09.2014
Sentyabrın 25-də saat 18 radələrində Nərimanov rayonu M.Nərimanov küçəsində Mingəçevir şəhər sakini Yasin Hüseynov münaqişə zəminində Bərdə rayon sakini Rahib Əkbərova bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş R.Əkbərov ölmüşdür.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Hüseynov tutulmuşdur.
Soyğunçuluq etdiyinə görə axtarışda olan Bakı şəhər sakini Elmar Hüseynov tutulmuşdur
25.09.2014
Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazaxıstanda soyğunçuluq etdiyinə görə axtarışda olan Bakı şəhər sakini Elmar Hüseynov tutulmuşdur.
Oğurluq etmiş Bakı şəhər sakinləri Əfsanə Məmmədova və Samirə Kərimova tutulmuşlar
25.09.2014
Nizami RPİ 24-cü PB və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Aynur Əliyevanın 500 manatını və sənədini oğurlamış Bakı şəhər sakinləri Əfsanə Məmmədova və Samirə Kərimova tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Rahilə Kərimovaya, Leyla Vəliyevaya, Jalə Salahovaya və Şövkət İlyasovaya məxsus çantalardan pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.
Bakı şəhər sakini Sevda Vəliyevanın dələduzluq etməsi müəyyən edilmişdir
25.09.2014
Yasamal RPİ əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində Bakı şəhər sakini Sevda Vəliyevanın 2009-2012-ci illər ərzində həmyerliləri Rəna Nuriyevanın, Səbinə Mahmudovanın, Fəridə Əhmədxanovanın, Ətrabə Lətifovanın, Sevil Kərimovanın və Sona Qarayevanın etimadlarını qazanıb müvafiq olaraq onlardan 15000, 5000, 22500, 15000, 20000 və 5000 manat alması müəyyən edilmişdir.
Araşdırmalar davam etdirilir.
Avtomobil qaçırmış Sumqayıt şəhər sakini Yusif Muradov tutulmuşdur
25.09.2014
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də Ramin Musayevə məxsus "Honda" markalı avtomobili qaçırmış şəhər sakini Yusif Muradov tutulmuşdur.
Avtomobil qaçırmış Sumqayıt şəhər sakini Orxan Vəliyev tutulmuşdur
25.09.2014
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Bəxtiyar Əlizadəyə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış şəhər sakini Orxan Vəliyev tutulmuşdur.
Oğurluq etmiş Cəlilabad rayon sakini Rafəddin Şahbazov tutulmuşdur
25.09.2014
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də Teymur Əliyevin evindən 100 manat və qızıl əşyalar oğurlamış rayon sakini, əvvəllər məhkum olunmuş Rafəddin Şahbazov tutulmuşdur.
Yol-nəqliyyat hadisəsi yerindən qaçmış Bakı şəhər sakini Elmar Pərari saxlanılmışdır
25.09.2014
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də baş vermiş dəmiryolu qəzası zamanı hadisə yerindən qaçmış "Saipa" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Elmar Pərari saxlanılmışdır.
Xətai rayonu Y.Səfərov küçəsində yol-nəqliyyat hadisəsi
25.09.2014
Sentyabrın 25-də saat 10 radələrində Xətai rayonu Y.Səfərov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Nadir Nəbiyev vurulmuşdur. Piyada xəstəxanaya yerləşdirilmişdir.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Xətai rayonu Zığ yolu küçəsində yol-nəqliyyat hadisəsi
25.09.2014
Sentyabrın 25-də saat 20 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakinləri Anar Naibovun idarə etdiyi "Opel", Rüfət Salmanovun idarə etdiyi "QAZel" və Şahin Nərimanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşmuşdur. Ş.Nərimanov və sərnişini - Bakı şəhər sakini Samirə Bayramova hadisə yerində ölmüş, A.Naibov xəstəxanaya yerləşdirilmişdir.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Goranboy rayonunun Rəhimli kəndində yol-nəqliyyat hadisəsi
25.09.2014
Sentyabrın 25-də saat 16 radələrində Goranboy rayonunun Rəhimli kəndində rayon sakini Elçin Ələsgərov idarə etdiyi "VAZ-21072" markalı avtomobili yolun kənarındakı ağaca vurmuş və hadisə yerində ölmüşdür.
Neftçala rayonunun Bankə qəsəbəsində yol-nəqliyyat hadisəsi
25.09.2014
Sentyabrın 25-də saat 08 radələrində Neftçala rayonunun Bankə qəsəbəsində qəsəbə sakini Ələkbər Hüseynov idarə etdiyi "MT-9" markalı motosikleti aşırmış və hadisə yerində ölmüşdür.
Mediainfo.az
.jpg)















































































.jpg-2.jpg)














